Mərakeşin məliki əlahəzrət VI Məhəmmədə - 21 iyul 2003-cü il


Əlahəzrət!

Mərakeşin milli bayramı – Taxt-tac günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq, tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti