Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin birinci müavini Əmir Abdullah bin Əbdüəziz al Səuda - Bakı şəhəri, 15 sentyabr 2001-ci il


Əlahəzrət!

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Milli Gün münasibətilə Sizi və dost Səudiyyə Ərəbistanı xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələt verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 sentyabr 2001-ci il.