"Xalq qəzeti" - redaksiyasının kollektivinə - 25 avqust 1994-cü il


"Xalq qəzeti" mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus uslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Üzün müddət "Kommunist" adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.

Respublikada qəzetcilik ənənlərinin formalaşmasında, jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin xidmətləri xususi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanılmasından sonra da "Xalq qəzeti" respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə mudaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədadətli müharibə qəzetin daimi mövzusuna çevrilmişdir.

Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır.

İlk nömrəsinin çapdan çıxmasının 75 illiyi munasibətilə "Xalq qəzeti"nin yaradıcı heyətini, bütün redaksiya kollektivini ürəkdən təbrik edir, onlara cansağlığı və işlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış