Təbriz


İranın şimal-qərbində şəhər. Şərqi Azərbaycan ostanının mərkəzi. Əh. 1 milyon yarımdan çoxdur (2006). Təbriz Azərbaycanın ən qədim siyasi, iqtisadi və mədəni mərkəzlərindən sayılır. Azərbaycan ərazisindəki qədim Atropatena, orta əsrlərdə Hülakilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətlərinin paytaxtı olub. Həmin dövrlərdə Şərq, Qərb və Şimalı (Rusiya) birləşdirən ticarət yollarının kəsişdiyi yerdə yerləşdiyi üçün strateji əhəmiyyəti böyük olub. Təbrizdə müxtəlif vaxtlarda çox sayda binalar (məscidlər, mədrəsələr, karvansara və s.) tikilsə də həmin tarixi abidələrin əhəmiyyətli hissəsi təbii fəlakət və ya müharibələr nəticəsində dağıdılıb və ya böyük zərər çəkib. Təbriz Azərbaycan və İranın tarixində mühüm rol oynamış bir çox azəri əsilli Şəms Təbrizi (filosof), Qətran Təbrizi (şair), Səttar xan, Bağır xan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri (demokratik hərəkatın rəhbərləri, hərbi xadimlər) kimi şəxslərin vətənidir.