Azərbaycan Respublikasinin Prezidenti Heydər Əliyevin Praqaya rəsmi səfəri - 21 nоyаbr 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün noyabrın 21-də Praqaya gəlmişdir.

Praqa şəhərinin «Stara Ruzina» hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Çexiya Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Mirhəmzə Əfəndiyev qarşıladılar.

Dövlətimizin başçısı Heydər Əliyev maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış «Qorintiya Tovert» mehmanxanasına gəldi. Respublikamızın rəhbərini burada Çexiya Xarici İşlərNazirliyinin yüksək vəzifəli əməkdaşı Boqomil Harmşmid səmimiyyətlə qarşıladı. 

AzərTAc