Almaniya Federativ Respublikası Bundestaqının sədri, xanım Rita Zyusmuta - 1 oktyabr 1993-cü il


Zati-aliləri!

Almaniya Federativ Respublikasının milli bayramı - Almaniyanın Birləşmə günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və dost alman xalqına səadət və rifah, tərəqqi yolunda ölkənizə böyük uğurlar arzulayıram.

Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətləri gələcəkdə daha da möhkəmlənəcək, münasibətlərimin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək bir daha dərin hörmətimi Sizə çatdırıram.

Heydər Əliyev,
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən,
Azərbaycan Respublikası Ali Sovetinin sədri.