İndoneziya Respublikasının Prezidenti zati-aliləri xanım Meqavati Sukarnoputriyə - Bakı şəhəri, 14 oktyabr 2002-ci il


Hörmətli xanım prezident!

Bali adasında baş vermiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 oktyabr 2002-ci il.