Laos Xalq Demokratik Respublikasının prezidenti Zati-Aliləri cənab Khamtay Siphandona – Bakı şəhəri, 3 dekabr 2000-ci il


Hörmətli cənab prezident!

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Laos xalqına səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasındakı dostluq və əməkdaşlıq əlaqələri inkişaf edərək xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Cənab prezident, fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 5 dekabr 2000-ci il 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya