Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çili Respublikasının Prezidenti zati-aliləri cənab Rikardo Laqos Eskobara təbriki - Bakı şəhəri, 15 sentyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Çili Respublikasının milli bayramı – Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Çili xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT