Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xorvatiya Respublikasının Prezidenti zati-aliləri cənab Stepan Mesicə ünvanladığı təbrik məktubu - Bakı şəhəri, 27 may 2000-ci il


Hörmətli cənab Prezident! 

Xorvatiya Respublikasının milli bayramı - Dövlətin elan edilməsi günü münasibətilə Sizi və dost Xorvatiya xalqını səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və fəaliyyətinizdə uğurlar, ölkənizə sülh, əminamanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyi naminə hərtərəfli inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

Azərbaycan - Avropa