Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Kim de Çjuna - Bakı şəhəri, 15 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Pusan şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailə üzvlərinə və bütün Koreya Respublikası xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 16 aprel 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış