Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 22 avqust 1998-ci il


Hörmətli Leonid Daniloviç!

Sizi və bütün qardaş Ukrayna xalqını Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edirəm.

Xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərini, ölkələrimizin qarşılıqlı surətdə faydalı və səmərəli əməkdaşlığını, sizinlə, əziz dost, aramızda olan səmimi və mehriban şəxsi münasibətləri mən yüksək qiymətləndirirəm.

Əminəm ki, bu münasibətlər xalqlarımızın rifahı, regionumuzda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə, qardaş Ukraynanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.