Pakistan İslam Respublikasının prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə - 5 iyul 2003-cü il


Pakistan İslam Respublikasının prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə - 5 iyul 2003-cü il

Hörmətli cənab prezident!

Kvetta şəhərindəki məsciddə baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 6 iyul 2003-cü il.