Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İslandiya Respublikasının prezidenti zati-aliləri cənab Olavur Raqnar Qrimssona məktubu - Bakı şəhəri, 11 iyun 2003-cü il


Hörmətli cənab prezident!

İslandiya Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İslandiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 iyun 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa