Lüksemburq Böyük Hersoqu Əlahəzrət Anriyə - Bakı şəhəri, 14 iyun 2002-ci il


Əlahəzrət!

Lüksemburq Böyük Hersoqluğunun milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün Lüksemburq xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında xoş dostluq münasibətlərini möhkəmləndirmək üçün bundan sonra da davamlı səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 iyun 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa