"Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə Azərbaycan prezidenti Heydər Əliyevin giriş və yekun nitqi (13 avqust 2002-ci il)" sənədinə tarixi arayış


Vayxır su anbarının yaradılması haqqında qərar layihəsi Heydər Əliyevin təşəbbüsü ilə hələ 1975-ci ildə qəbul edilib. 1981-ci ildə su anbarının layihəsi hazırlanıb və 1982-1983-cü illərdə inşaat işlərinə başlanıb. Lakin anbarın tikintisi sonradan uzun müddətə dayandırılıb.

Heydər Əliyev 2002-ci ilin avqustunda Naxçıvana səfəri zamanı Vayxır su anbarı ilə tanış olub və işlərin sürətləndirilməsinin vacibliyi qərara alınıb. 2005-ci ildə su anbarının inşası başa çatdırılıb.

Onun ümumi sututumu 100 mln m³, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasını nəzərdə tutur.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.218