Azərbaycan Avropa Şurasının yardımçı və məsləhətçi orqanı olan Venesiya Komissiyasının 17-18 mart 1996-cı il iclasında bu quruma üzv qəbul edilib. Venesiya Komissiyası ilə əməkdaşlıq Avropa Şurasına tamhüquqlu üzvlük üçün hazırlıq mərhələsi hesab olunur.
Venesiya Komissiyaının nümayəndələri Azərbaycanda demokratik inkişaf, azad seçki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi məsələlərini dəfələrlə Azərbaycan rəhbərliyi, siyasi partiyalar, qeyri - hökumət təşkilatları ilə müzakirə edib. Komissiyanın həmin sahələrlə bağlı tövsiyələri Azərbaycan qanunvericiliyinə daxil edilib.
2000-ci il noyabrın 30-da, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin rəhbəri Canni Bukikkio Avropa Şurası Nazirlər Komitəsinin həmin görüşdən on gün əvvəl, 2000-ci ildə Azərbaycanın üzvlüyü üçün əhəmiyyətli qərar qəbul etdiyini bildirib. Canni Bukikkio Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəxsən Heydər Əliyevin göstərdiyi səyləri də yüksək qiymətləndirdiyini bildirib.
Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzvlüyünün baş tutmasının həm Avropa, həm də Azərbaycan üçün faydalı olmasını bəyan edib. O, Azərbaycanın Avropa dəyərlərindən də yararlanmaq üçün imkanlar qazanacağını, Avropanın isə bütün qitə xalqlarını cəmləşdirmək istiqamətində addım atacağına nail olacağını söyləyib.
Həmin görüşdən iki ay sonra, 2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Avropa Şurasının 44-cü üzvü olub.
Azərbaycan Prezidenti nümayəndə heyəti ilə görüşündə ölkəsinin Avropa Şurası ilə görüşündə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıqda qərarlı olduğunu bir daha elan edib.
2008-ci ilin iyulunda Azərbaycana növbəti dəfə səfər edən Canni Bukikkio 2008-ci ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi ölkədəki ictimai - siyasi vəziyyəti öyrənib, Azərbaycan müxalifətini seçkilərdə iştiraka çağırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il iyulun 14-də Avropa Şurası Venessiya Komissiyasının katibiu Canni Bukikkionu qəbul edib. Görüşdə Azərbaycanla Venesiya Komissiyası arasında əməkdaşlığa dair məsələlər ətrafına fikir mübadiləsi aparılıb.
Tarixi arayış 2 sentyabr 2008-ci ildə yeniləşdirilib.