Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının prezidenti zati-aliləri cənab Yohannes Rauya məktubu - 9 may 2003-cü il


Hörmətli cənab prezident!

Macarıstanın Şlofok şəhərinin yaxınlığında sərnişin qatarı ilə turist avtobusunun toqquşması nəticəsində Almaniya Federativ Respublikası vətəndaşlarının həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 10 may 2003-cü il.