Özbəkistan Respublikasının prezidenti zati-aliləri cənab İslam Kərimova - 26 avqust 2003-cü il


Hörmətli İslam Əbdüqəniyeviç!

Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Özbəkistan xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Özbəkistan qarşıya çıxan hər cür çətinlikləri aradan qaldıraraq, genişmiqyaslı islahatlar xəttini uğurla həyata keçirmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır.

Müstəqil dövlətçiliyimiz dərin tarixi kökləri olan əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açmışdır. Əminəm ki, xalqlarımızın iradəsini həyata keçirərək, regionumuzda sülh və sabitlik naminə dostluq və əməkdaşlıq ənənələrimizin inkişafına bundan sonra da yeni-yeni töhfələr verəcəyik.

Hörmətli İslam Əbdülqəniyeviç, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 sentyabr 2003-cü il.