Fələstin Muxtariyyətinin başçısı Yasir Ərəfat cənablarına - 24 yanvar 1996-cı il


Hörmətli cənab Yasir Ərəfat!

Sizi Fələstin Muxtariyyətinin başçısı seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Yenilməz Fələstin xalqının öz azadlığı və müstəqilliyi uğrunda uzun illərdən bəri apardığı mübarizədə Sizin danılmaz xidmətləriniz demokratik seçkilərdə bu qələbənizi təmin etmişdir.

Sizə bu məsul vəzifədə müvəffəqiyyətlər, dost Fələstin xalqına rifah və tərəqqi arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.