Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizavetaya məktubu - Bakı şəhəri, 31 mart 2002-ci il


Ülyahəzrət!

Kraliça - ana Elizabetin vəfalı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və Böyük Britaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


" Azərbaycan" qəzeti, 2 aprel 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa