Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Tszyan Tszeminə - Bakı şəhəri, 21 mart 1998-ci il


Hörmətli cənab sədr!

Sizi yeni müddətə Çin Xalq Respublikasının sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, yüksək və məsul vəzifənizdə böyük uğurlar arzulayıram.

Əminəm ki, sizin rəhbərliyinizlə Çin xalqı, böyük ölkəniz həyatın bütün sahələrində bundan sonra da uğurlar qazanacaqdır.

Pekinə səfərim zamanı sizinlə olan görüşlərimi məmnuniyyətlə xatırlayıram. Sizi bir daha münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.

İnanıram ki, birgə səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın əmin-amanlığı və çiçəklənməsi naminə inkişaf edəcək və dərinləşəcəkdir.

Sizə və bütün Çin xalqına sülh, səadət və çiçəklənmə arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 mart 1998-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış