Hörmətli cənab Prezident!
Konqo Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Konqo xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan - Konqo əlaqələrinin inkişafı ölkələrimiz üçün faydalı olacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti