Albaniya Respublikasının prezidenti zati-aliləri cənab Alfred Moisiuya - Bakı şəhəri, 20 noyabr 2002-ci il


Hörmətli cənab prezident!

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 28 noyabr 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa