Böyük Britaniya Lordlar Palatasının üzvü lord Vəverliyə - Bakı şəhəri, 25 dekabr 1999-cu il


Hörmətli lord Vəverli!

Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə mənə göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür edirəm.

Sizin Azərbaycana səfərlərinizi və keçirdiyiniz görüşləri məmnuniyyətlə xatırlayıram.

Biz Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün faydalı səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz.

Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa