Monqolustanın prezidenti zati-aliləri cənab Natsaqiyn Baqabandiyə - Bakı şəhəri, 7 iyul 2003-cü il


Hörməli cənab prezident!

Monqolustanın milli bayramı - Xalq İnqilabı günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 11 iyul 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Asiya