Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Tsyan Tszeminə - Bakı şəhəri, 27 sentyabr 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizin milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında dostluq və əməkdaşlığın tarixi ənənələrini qoruyub saxlamaqla dövlətlərarası münasibətlərimizi daim inkişaf etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 1 oktyabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya