Lüksemburqun böyük hersoqu Əlahəzrət Jan Dö Lüksemburqa – Bakı şəhəri, 22 iyun 2000-ci il


Əlahəzrət!

Lüksemburq hersoqluğunun bayramı – Böyük hersoqun təvəllüdü günü münasibətilə Sizə, hersoq ailəsinin bütün üzvlərinə və dost Lüksemburq xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və daimi tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Lüksemburq arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə inkişaf edib genişlənəcəkdir.

Hörmətlə və ehtiramla,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 23 iyun 2000-ci il

Tarixi arayış

Azərbaycan - Avropa