Luksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə - Bakı şəhəri, 21 iyun 2001-ci il


Luksemburq Hersoqluğunun milli bayramı - Böyük Hersoqluq Günü münasibətilə sizi və dost Lüksemburq xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 iyun 2001-ci il.

Tarixi arayış