Azərbaycan Respublikasının Prezidenti Heydər ƏliyevinAzərbaycan - Pakistan sənədlərinin imzalanması mərasimindən sonra Pakistanın Baş naziri Bənəzir Bhutto ilə birgə mətbuat konfransı - 10 aprel 1996-cı il


Heydər Əliyev: Mən Pakistan İslam Respublikasının Baş naziri hörmətli xanım Bənəzir Bhuttonun Azərbaycanın qarşılaşdığı təcavüz nəticəsində yurdlarından didərgin düşmüş 1 milyondan çox qaçqının əzab-əziyyətlərinin və çətinliklərinin aradan qaldırılması məqsədi ilə bu adamlarla həmrəyliyinin ifadəsi kimi, onlara 1 milyon dollar həcmində yardım göstərmək haqqında qərarına görə təşəkkürümü bildirirəm və Ermənistanın hərbi təcavüzü nəticəsində yurd-yuvasından qaçqın düşmüş Azərbaycan vətəndaşları da bu humanistliyiniz üçün sizə, Pakistan hökumətinə minnətdar olacaqdır.

Suаl: Cənab prezident, siz Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Pakistanın mövqeyi barədə nə demək istərdiniz?

Heydər Əliyev: Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Pakistan dövləti, hökuməti, bu ölkənin rəhbərləri həmin təcavüzlə əlaqədar daim Ermənistanı pisləmiş, bəyanatlar vermişlər. 1993-cü ilin aprelində Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edəndən sonra bu məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirə оlunагkən Pakistanın nümayəndəsi Şuraya sədrlik edirdi və onun köməyi, Pakistanın tutduğu prinsipial mövqeyi nəticəsində həmin təcavüzlə əlaqədar böyük bir qətnamə qəbul olunmuşdur. Son illərdə bütün beynəlxalq təşkilatlarda, о cümlədən İslam Konfransı Təşkilatının Kasablankada keçirilmiş toplantısında da Pakistan Ermənistanın Azərbaycana təcavüzü barədə prinsipial mövqeyini bildirmişdir.

Suаl: Pakistan-Azərbaycan münasibətlərində başlıca rol oynayan amil hansıdır - iqtisadi əlaqələr, yoxsa siyasi əlaqələr? 

Bənəzir Bhutto: Bizim münasibətlərimiz bunların hər ikisindən irəli gəlir. Çünki Azərbaycanı əhəmiyyətli bir ölkə sayır, ona iqtisadı, siyasi dəstək veririk. Biz EKO təşkilatının üzvləriyik, Azərbaycanla regional əməkdaşlıq edirik. Bu gün doqquz saziş imzalamışıq. Azərbaycanla əlaqələrimizə siyasi əməkdaşlıq kimi də baxırıq. Biz Azərbaycanın öz regionunda və Mərkəzi Asiya regionundakı fəaliyyətini yüksək qiymətləndiririk.

Suаl: Pakistanın verdiyi dəstəyin əvəzində Azərbaycan Pakistanın neft sənayesinin inkişafına kömək etmək fikrindədirmi?

Bənəzir Bhutto: Ümumiyyətlə, biz Azərbaycanla münasibətlərimizə xüsusi münasibətlər kimi baxırıq və bunu hər hansı neft məsələsi ilə bağlamaq fikrində deyilik. Biz təcavüzün əleyhinəyik. Ermənistanın beynəlxalq prinsipləri pozaraq Azərbaycanın torpaqlarını işğal etməsini heç vaxt qəbul edə bilmərik. Harada təcavüz baş versə, bizim səsimiz eşidiləcəkdir. Bu, bizim xarici siyasətimizin bir hissəsidir.

Suаl: Zati-aliləri, Kəşmir problemi ilə bağlı sizin mövqeyiniz necədir? Bilirsiniz ki, Hindistan ordusu Kəşmirdə qırğınlar törədibdir.

Heydər Əliyev: Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəştəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycanın prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik.

Suаl: Cənab prezident, bu regionda iqtisadi əməkdaşlıqdan danışarkən Əfqanıstanda olan qeyri-sabitliyi unuda bilmərik. Regionda iqtisadi əməkdaşlığın genişlənməsi üçün sizin ölkəniz Əfqanıstanda sülhün bərqərar edilməsindən ötrü nə kimi rol oynaya, necə yardımçı ola bilər?

Heydər Əliyev: Azərbaycan Əfqanıstanda sülhün bərqərar edilməsinin.daim tərəfdarı olub və bü gün də həmin mövqedəyik. Mövqeyimizi həmişə bildirmişik və indi də bəyan edirəm. Güman edirəm ki, bu məsələ ilə məşğul olan böyük dövlətlər problemin sülh yolu ilə həlli istiqamətində daha çox səy göstərə bilərlər.

Suаl: Xanım Bhutto, indi bəyan etdiniz ki, Pakistan ATƏT-in Dağlıq Qarabağda yerləşdiriləcək sülhyaratma qüvvələrinin tərkibində iştirak etmək istəyir Pakistan bu qüvvələrin tərkibində necə iştirak edəcək və həmin qüvvələrin yaradılmasına ölkənizin köməyi nədən ibarət ola bilər? Pakistan regional əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Bu baxımdan EKO təşkilatının üzv dövlətlər arasında həqiqətən işlək mexanizmə çevrilməsi üçün Pakistan hansı konkret tədbirlərin həyata keçirilməsini təklif edir?

Bənəzir Bhutto: Pakistan ATƏT-in Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə dinc yolla son qoyulmasına yönəldilmiş səylərini həmişə diqqətlə izləyib və dəstəkləyibdir. Biz arzumuzu bildirmişik ki, ATƏT necə məsləhət bilsə, sülhyaratma əməliyyatlarında о cür iştirak etməyə hazırıq. Şübhəsiz ki, bunun təfərrüatı ATƏT-dən asılıdır.

Avropa Birliyinin nümunəsi göstərir ki, regional iqtisadi əməkdaşlığın uğurlu olması vaxtdan asılıdır. Ayrı-ayrı iqtisadi layihələrin həyata keçirilməsindən örtü vaxt gərəkdir. Bunun üçün müəyyən maddi-exniki baza hazırlanmalı, ayrı-ayrı layihələr bütün təfərrüatı ilə işlənməlidir. Bu baxımdan EKO təşkilatı çərçivəsində konkret layihələrin reallaşdırılması barədə təkliflər irəli sürmüşük. Məsələn, ümumi hava xətlərinin, gəmiçiliyin, ümumi sığorta, bank sistemlərinin yaradılması barədə fikrimizi bildirmişik və Pakistan hökuməti həmin layihələrin həyata keçirilməsi üçün vəsait də ayırıbdır.

Azərbaycanın prezidentinə bizim dərin hörmətimiz var, onun siyasi karyerasını çox diqqətlə izləyirik və Azərbaycanda demokratik dəyişikliklərin aparılması, ölkənizin bazar iqtisadiyyatına doğru addımlamasından ötrü islahatlar keçirilməsi yolunda göstərdiyi səyləri alqışlayırıq. Bu proseslər - həm demokratik cəmiyyətin qurulması, həm də azad bazar münasibətlərinin yaradılması asan iş deyildir. Bundan ötrü vaxt gərəkdir. Biz bu işdə Azərbaycan prezidentini dəstəkləyirik və əminəm ki, Azərbaycan xalqı onun müdrik rəhbərliyi altında bu dəyişikliklərin bəhrələrini görəcəkdir.