Dövlət Neft Fondu


Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə sərmayəçilər arasında bağlanmış sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış sazişlərin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədilə yaradılmışdır. Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.