Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qətər dövlətinin əmiri əlahəzrət Şeyx Həmad bin Xəlifə ət Taniyə təbriki - Bakı şəhəri, 30 avqust 2001-ci il


Əlahəzrət!

Qətər dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Qətər xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Qətər dövləti arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.