Hörmətli cənab Prezident!
Koreya Xalq Demokratik Respublikasının milli bayramı – Respublikanın təsis günü münasibətilə Sizə və dost Koreya xalqına salamlarımı və səmimi təbriklərimi yetirir, ölkənizə tərəqqi və firavanlıq rzulayıram.Biz Koreya Xalq Demokratik Respublikası ilə hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, əlaqələrimizin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə, sülh və sabitlik işinə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti