Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri Uilyam C. Klinton cənablarına - 4 iyul 1994-cü il


Zati-aliləri!

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və bütün dost Amerika xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından qəlbdən təbrik edir, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Sizi əmin edirəm ki, Azərbaycan Respublikası regiondakı bütün münaqişələrin, həmçinin Qarabağ münaqişəsinin ATƏM çərçivəsində və sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və bundan sonra da iqtisadi islahatlar və demokratiya yolu ilə addımlayacaqdır.

Fürsətdən istifadə edib sizə bir daha öz dərin ehtiramımı izhar edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 iyul 1994-cü il