Türkdilli dövlətlərin V zirvə görüşü iştirakçılarının birgə mətbuat konfransı - Astana, 9 iyun 1998-ci il


Nursultan Nazarbayev: Türkdilli dövlətlərin V zirvə görüşü yenicə başa çatmışdır. Görüşdə məsələlər müzakirə edildi, dövlətlərimizin gələcək iqtisadi, mədəni əməkdaşlığının inkişafını, dövlətlərimiz arasında qarşılıqlı anlaşmanın və etimadın dərinləşməsini müəyyənləşdirən V zirvə görüşünün bəyannaməsi qəbul olundu. Əvvəllər olmayan və indi bir orqan kimi Xarici İşlər Nazirləri Şurası yanında işləyəcək katiblik haqında əsasnamə qəbul edildi. Bu, bizim üçün çox mühümdür. Növbəti zirvə görüşünü gələn ilin yayında Bakıda keçirmək nəzərdə tutulmuşdur.

Dövlət başçıları sərhədlərimizin yaxınlığında - Hindistanda və Pakistanda nüvə sınaqları keçirilməsi ilə əlaqədar birgə bəyanat qəbul etdilər. Sənəddə deyilir ki, biz nüvə silahının yayılmasının əleyhinəyik, belə sınaqların əleyhinəyik və qonşularımızı - Hindistanla Pakistanı nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında müqaviləyə və bu silahın yayılması haqqında müqaviləyə dərhal qoşulmağa çağırırıq. Biz bir bölgədəyik, buna görə də bu məsələnin üstündən keçə bilməzdik. Biz istəyirik ki, bölgəmizdə sülh olsun, xalqlarımızın tərəqqisi naminə ticarət, qarşılıqlı etimad, mehriban qonşuluq münasibətləri olsun.

Bununla da V zirvə görüşü başa çatdı. İndi biz sizin qarşınızdayıq. Sizin hər bir prezidentə bir sual verməyə imkanınız var. Sağ olun.

Sonra türkdilli dövlətlərin başçıları jurnalistlərin suallarına cavab verdilər.

Sual: Mənim sualım cənab Süleyman Dəmirələdir. Cənab prezident, təbiidir ki, Türkiyə Qazaxıstanı və onun paytaxtını dəstəkləyərək, böyük məbləğdə sərmayə qoymuşdur. Bunun nə kimi siyasi cəhəti var?

Süleyman Dəmirəl: Əziz dostum, prezident Nursultan Nazarbayevin qərarı ilə qardaş Qazaxıstanın paytaxtının Astanaya köçürülməsi sayəsində biz bu şəhəri görmək imkanına malikik. Sabah Astana bütün dünyaya məlum olacaqdır. Gələcək üçün ümidlər də bu qərarlarla bağlıdır. Türk xalqı adından qazax qardaşlara arzu edirəm ki, bu hadisə onlara səadət və uğurlar gətirsin. Arzu edirəm ki, Qazaxıstan Respublikası əbədi yaşasın.

Sual: Sual Qazaxıstan prezidentinədir. Siz bölgədə islam fanatizmi hərəkatına necə baxırsınız? Ölkənizdə belə bir problem varmı? Əgər varsa, onu necə həll etməli?

Nursultan Nazarbayev: Dostum İslam Kərimovdan xahiş edirəm ki, mənim çıxışımı tamamlasın.

Hesab edirəm ki, belə bir problem bütövlükdə dünyada var. Biz bunu bilirik və özümüzü elə göstərməməliyik ki, belə bir problem yoxdur. Buna görə də dövlətlərimiz, - mən Mərkəzi Asiya dövlətlərini nəzərdə tuturam, - öz konstitusiyalarında yazmışlar ki, biz dünyəvi dövlətlərik, hakimiyyət uğrunda mübarizə aparan dini partiyaları qadağan etmişik. Bununla eyni zamanda konstitusiyalarımızda yazılmışdır ki, biz vicdan azadlığına tərəfdarıq, lakin vicdan azadlığı ölkələrimizin konstitusiyaları və qanunları ilə uyğunlaşdırılmalıdır. Biz hamımız öz konstitusiyalarımızda yazmışıq ki, bazar iqtisadiyyatlı demokratik cəmiyyətlər qururuq və onları inkişaf etdirməyə çalışırıq. Buna görə də hakimiyyətə və konstitusiyaya qeyri-konstitusiya yolu ilə qarışmaq məqsədi ilə ekstremizmin islamdan və ya xristianlıqdan, hər hansı digər dinlərdən və ya siyasi hərəkatlardan yaranıb-yaranmamasından asılı olmayaraq, biz ona mənfi münasibət göstərəcəyik.

Bununla əlaqədar biz öz sərhədlərimizin yaxınlığında baş verən hadisələrdən narahatıq. Bu gün biz dedik ki, başı müsibətlər çəkən Əfqanıstan xalqı üçün sülhün tezliklə bərqərar olmasını arzulayırıq, arzu edirik ki, Tacikistana da tezliklə sülh gəlsin. Biz bu dövlətlərlə əməkdaşlıq, ticarət etmək istəyirik. Bu isə bizim hamımız üçün faydalı olacaqdır. Buna görə də dövlətlərimiz hər hansı tərəfdən, o cümlədən də dini tərəfdən olan ekstremizmi qətiyyən qəbul etmirlər. O, hətta islam ekstremizmi olsa da biz onu qəbul etməyəcəyik, hərçənd biz hamımız islam mədəniyyətinə mənsubuq.

İslam Abduqaniyeviç, xahiş edirəm bir şey əlavə edəsiniz.

İslam Kərimov: Nursultan Abişeviçin dediklərinə qısaca olaraq bir şey əlavə etmək lazımdırsa, onda demək istərdim ki, bəli, həqiqətən, Mərkəzi Asiya bölgəsində müstəqil dövlətlər meydana gəldikdən sonra onların birmənalı şəkildə başlıca məqsədi açıq, demokratik, hüquqi dövlətlər yaratmaqdan ibarətdir; elə dövlətlər ki, onların qarşılarına qoyduqları başlıca dəyərlər insan hüquqları, dini etiqad azadlığı, vicdan azadlığıdır. Biz bunu əsas tutaraq yol verə bilmərik ki, Mərkəzi Asiya dövlətlərinin hüdudlarından kənarda olan bəzi şəxslər burada ideoloji boşluq əmələ gəldiyi barədə, demokratik dövlətlər deyil, islam dövlətləri və ya tamam başqa məqsədlər güdən dövlətlər yarandığı barədə təsəvvür, mif yaratsınlar, oyatsınlar. Bu mifi yaratmaq, məqsədinin həyata keçirilməsinin istiqamətlərindən biri belə bir haldan istifadə etməkdir ki, bu dövlətlərdə, məsələn, Özbəkistanda əhalinin təxminən 70-80 faizi islama etiqad edir.

İslam atalarımızın dinidir, bizim müqəddəs dinimizdir. Biz Öz atalarımızın dinini əsla rədd etmirik. Əksinə, biz hesab edirik ki, əcdadlarımızdan bizə necə miras qalmışdırsa, elə həmin şəkildə də bu din mənəvi paklığa və mənən zənginləşməyə kömək edir.

Belə bir fikri bir daha nəzərə çarpdırmaq istəyirəm. İslamın ən mühafizəkar, mürtəce cərəyanlarından biri kimi vəhhabiliyə qarşı Özbəkistanda mübarizə aparılması qətiyyən o demək deyil ki, Özbəkistanda atalarımızın dini kimi islama qarşı mübarizə aparılır. Bu boşboğazlıqla adamları qəsdən çaşdırmağa can atanlar məşğul olurlar.

İslamın mürtəce, ekstremist cərəyanının təzahürlərindən biri olan vəhhabilik bizim üçün məhz ona görə təhlükəlidir ki, bu dinə etiqad edən gənclərimizə ideoloji təsir göstərilə bilər, gənclərimizin tərbiyəsinə lazımi diqqət yetirmədiyimiz üçün onlar kor-koranə surətdə vəhhabilik ideologiyası təsirinə düşə bilərlər.

Vəhhabilik nədir? Vəhhabilik bizə islam dininin köklərinə, yəni VII-VIII əsrlərə qayıtmağı təklif edən cərəyandır və tariximizin yeni, mütərəqqi, təkamül yolu ilə inkişafına aid nə varsa, onların hamısının qatı əleyhdarı olan cərəyandır. Buna görə də o, bolşeviklərin cərəyanı kimi bir cərəyandır. Təxminən belə bir ideologiyanın təbliğ edildiyi yadınızdadırmı: bizimlə olmayanlar bizim əleyhimizədirlər. Dinimizdəki vəhhabilik cərəyanı məhz bununla təhlükəlidir ki, o, vicdan azadlığmı, dini etiqad azadlığını inkar edir. O - məhz buna görə çox təhlükəlidir. Məsələn, bu gün Özbəkistanda 12 dini konfessiya var, bizdə yəhudilər də var. Özbəkistanda 16 sinaqoq fəaliyyət göstərir. Bizdə katoliklər də, pravoslavlar da, bizim əsas dinimiz olan ənənəvi islam dini də dinc yanaşı yaşayırlar. Vəhhabilər isə təklif edirlər ki, hər şey rədd olunsun və ancaq onların dininə etiqad bəslənilsin. Lakin biz onlarla heç cür razılaşa bilmərik. Bu, çox təhlükəli bir cərəyandır. Biz bunu başa düşərək, dövlətlərimizin ərazisində, xüsusən də Özbəkistanda bu cərəyanın yayılmasına heç vəchlə yol verə bilmərik. Mən bax bunları əlavə etmək istərdim.

Sual: Sual prezident Heydər Əliyevədir. Cənab prezident, Siz belə bir iddianı şərh edə bilərsinizmi ki, Bakı-Ceyhan layihəsinin həyata keçirilməsinə mane olmaq məqsədilə Rusiya Federasiyası Sizə təsir göstərir? Daha bir sual. İmzalanması sentyabr ayı üçün nəzərdə tutulan əsas boru kəmərinə dair sənəd nə dərəcədə hazırdır?

Heydər Əliyev: Bilmirəm hansı dildə cavab verim. Rus dilində cavab verəcəyəm ki, hamıya aydın olsun.

Bakı-Ceyhan neft kəməri Xəzər dənizinin Azərbaycan sektorundan neftin ixracı üzrə əsas boru kəmərinin marşrutlarından biridir. 1994-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının işlənilməsi haqqında 11 dünya neft şirkətindən ibarət konsorsiumla iri bir müqavilə imzaladı. Bu müqavilədə neftin ixracı üçün əsas neft kəməri çəkilməsi nəzərdə tutulur. Neftin Xəzər hövzəsindən dünya bazarlarına ixracı marşrutlarının bu müddətdə çox variantları tədqiq edilmişdir. Bilirsiniz ki, artıq bir neft kəməri - Bakı-Novorossiysk kəməri mövcuddur və 1994-cü ilin sentyabrında imzalanmış müqaviləyə uyğun olaraq konsorsium tərəfindən çıxarılan neft bu boru kəməri ilə ixrac edilir. Bakı-Supsa marşrutu ilə ikinci neft kəməri çəkilir. Supsa Gürcüstanda Qara dəniz limanıdır. Bu iki boru kəməri ilkin neftin ixracı üçün nəzərdə tutulmuş-dur. Lakin böyük neft üçün, təkrar edirəm, 1994-cü ilin layihəsində əsas neft kəməri çəkilməsi nəzərdə tutulmuşdur. Bütün bu vaxt ərzində axtarışlar aparılmış, əsas neft kəmərinin müxtəlif marşrutları öyrənilmişdir.

Həqiqətən, çox marşrutlar var. Müxtəlif ölkələr gah bir, gah da digər marşruta üstünlük verirlər. Lakin Azərbaycan bəyan etmişdir və bu gün mən bir daha bəyan edirəm ki, biz Bakı-Ceyhan xəttini neft borusu üçün ən məqbul marşrut sayırıq. İndi çox böyük hazırlıq işləri aparılır. Zənnimcə, sentyabrda konsorsium qəti qərar qəbul edəcəkdir və biz bu neft kəmərinin inşasına başlamalıyıq.

Lakin məsələ bundadır ki, son illərin iş təcrübəsinin göstərdiyi kimi, Xəzər hövzəsi neft və qaz ehtiyatları ilə çox zəngindir. 1994-cü ildə imzaladığımız birinci müqavilədən başqa, Xəzərin Azərbaycan sektorundakı yataqlara dair daha 10 müqavilə imzalamışıq. Bilirsiniz ki, Xəzər dənizində hər bir Xəzəryanı dövlətin öz sektoru var. Xəzər dənizinin başqa sektorlarında da çox zəngin yataqlar var. Buna görə də söhbət nəinki Azərbaycan sektorunda, həm də digər sektorlarda artıq çıxarılmaqda olan və çıxarılacaq neftin ixracından gedir. Buna görə də indi söhbətlər gedir və bu gün mən öz çıxışımda da dedim ki, görünür, Xəzəraşırı neft və qaz magistrallarının inşası ilə ciddi məşğul olmaq lazımdır. Bu magistrallar da Qafqazla, Türkiyə, Qara dəniz vasitəsilə Avropa ölkələrinə gedə bilər.

Biz Bakı-Ceyhan boru kəməri barədə qəti fikirdəyik və onu həyata keçirəcəyik.

Sual: Sual prezident İslam Kərimovadır. Siz Daşkənddən yola düşərkən bildirdiniz ki, türkdilli dövlətlərin başçılarının V görüşündən əsas məqsəd ən əvvəl iqtisadi vəziyyətlə, əhalinin həyat səviyyəsi ilə iqtisadi, humanitar məsələlərin, xalqlarımızın tarixinin, dilinin, mənəvi yaxınlığının oxşarlığını nəzərə alaraq, mədəniyyətin inkişaf etdirilməsi məsələlərinin həlli ilə bağlı problemdir. Siz bildirdiniz ki, bu zirvə görüşünə siyasi və ya hərbi-siyasi xarakter verilməsinin əleyhinəsiniz. Siz bugünkü müzakirədən və bugünkü zirvə görüşündə qəbul edilmiş qərarlardan razısınızmı?

İslam Kərimov: Çox qısa cavab vermək istərdim. Bəli, mən türkdilli dövlətlərin başçılarının V görüşünün qərarından da? qəbul edilmiş bəyannamədən, hər bir dövlətin qarşısında duran, eyni zamanda hamımız üçün ümumi olan çox mühüm problemləri müəyyənləşdirən qərardan da razıyam. Zirvə görüşü, həllinə bütün ehtiyatlarımızı və imkanlarımızı yönəltməli olduğumuz məsələləri, problemləri göstərmişdir. Bu istiqamət hər şeydən əvvəl hərbi-siyasi məsələlərlə yox, həyati əhəmiyyətə malik olan iqtisadi əməkdaşlıqla - bu regionun ölkələrini, xalqlarmı müxtəlif təhlükələrdən, xüsusilə bu gün açıq şəkildə özünü büruzə verən təhlükələrdən qorumaqla bağlı əməkdaşlıqla müəyyən edilir. Bəzi təhlükələr haqqında mən artıq qismən dedim, bu barədə başqa rəhbərlər də danışdılar. Bu əməkdaşlıq dini və digər ekstremizmin, terrorizmin ərazilərimizə yol tapmasına imkan verməməklə, narkotik vasitələrin yayılmasına qarşı mübarizə ilə bağlıdır. Hörmətli Heydər Əliyevin bir az əvvəl dediyi kimi, bizim əməkdaşlığımız həm də neftin nəqli ilə bağlıdır. Bəs neftin nəqli nə deməkdir? Bu, torpaqlarımızın, ərazilərimizin təkindəki zəngin ehtiyatları, hələ istifadə olunmamış böyük imkanları mümkün qədər tam reallaşdıraraq, bu ərazilərdə yaşayan xalqların həyatmı daha da firavanlaşdırmaqla bağlıdır. Ona görə də bəyannamədə razılaşdırılan və öz əksini tapan məsələlərin siyahısının hətta təqribən təhlili də göstərir ki, biz bu məsələlərdən yayınmamışıq və onlar burada iştirak edən dövlətlərin hər biri üçün məqbuldur.

Nursultan Abişeviç də bu gün çox mühüm bir məsələni - Hindistanda və Pakistanda atom partlayışlarının keçirilməsi ilə bağlı yaranmış təhlükəyə bizim münasibətimizi vurğuladı, bu təhlükənin həmin ölkələrə bilavasitə yaxın olan ərazilər üçün böyük qorxu törətdiyini qeyd etdi. Biz, yəqin ki, bu təhlükəyə biganə qala bilmərik. Ona görə də, zənnimcə, Nazarbayevin təklif etdiyi bəyanatın layihəsi sərhədlərimizin bilavasitə yaxınlığında baş verən hadisələrə bizim ümumi münasibətimizi bildirir.

Ən başlıcası isə, təkrar edirəm, odur ki, biz bir daha yəqin etdik ki, bizim olduqca çox iqtisadi, mənəvi, humanitar xarakterli problemlərimiz, ərazilərimizdə sabitlik, onun qorunub saxlanılması məsələləri var. Bu məsələlər hər bir dövlət üçün eyni dərəcədə maraq doğurur. Mən çox şadam ki, hazırkı görüş bu problemlərin həll edilməsinə yönəldilmişdir.

Daha bir məsələ. Bizim zirvə görüşünün iclasmı Qazaxıstanın yeni paytaxtı Astananın təqdimatı ilə bağlamaya bilmərəm. Hesab edirəm ki, bu iki hadisənin qovuşmasının və ya bir-birinin məntiqi davamı olmasının böyük mənası var. Yəqin ki, Bakıdakı növbəti görüş də Azərbaycan xalqının həyatındakı böyük hadisələrə təsadüf edəcəkdir. Təkrar edirəm, tariximizin böyük hadisələrini bir yerdə bayram etməyimizin mühüm mənası var. Astananın yeni paytaxt olması isə təkcə qazax xalqının deyil, həm də bir-birinə çox yaxın olan bütün türkdilli dövlətlərin tarixində yemi bir mərhələdir. Sizin sualınızın cavabında, bax, bun-ları demək istəyirdim.

Sual: Sual Mərkəzi Asiya İttifaqında sədrlik edən şəxs kimi prezident Əsgər Akayevədir. Hörmətli Əsgər Akayeviç, xahiş edirəm deyəsiniz, türkdilli dövlətlərin zirvə görüşünün qərarı Mərkəzi Asiya İttifaqının fəaliyyətinə hər hansı şəkildə təsir göstərirmi? Bizim Issık-Kul gölündə baş vermiş bədbəxt hadisə barədə ikinci sualımla, deyəsən, bir çox həmkarlarının suallarını qabaqlamış olacağam. Prezident kimi siz bütün türkdilli xalqların bu sevimli istirahət zonasının indiki və gələcək taleyi barədə öz fikrinizi söyləyə bilərsinizmi?

Əskər Akayev: Birinci suala cavab verərək deyim ki? türkdilli dövlətlərin başçılarının zirvə görüşü Mərkəzi Asiya İqtisadi İttifaqına müsbət təsir göstərəcəkdir, çünki bu, açıq ittifaqdır. Buna belə bir fakt sübutdur ki, bu il Mərkəzi Asiya İqtisadi İttifaqı öz tərkibini Tacikistanın hesabına genişləndirmişdir. Rusiya Federasiyası bu ittifaqda müşahidəçidir, ona digər ölkələr də maraq göstərirlər. Hesab edirəm ki, türk-dilli ölkəLərlə, Türkiyə Respublikası, Azərbaycan, Türkmənistan ilə nəqliyyat kommunikasiyaları, ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək imkanları gələcəkdə iqtisadiyyatlarımızın daha sürətlə inteqrasiyasının və daha sabit iqtisadi artımın təmin edilməsinin. əlbəttə, mühüm amilinə çevrilə bilər.

İkinci sual ilə əlaqədar deyim ki. İssık-Kul gölündə baş vermiş qəza. əlbəttə, bütün xalqımız üçün dərddir. Siz yəqin bilirsiniz ki, "Kurtor" qızıl mədəni kombinatına natrium-sianid aparan yük maşını qozaya uğramışdır. Bu qozanın iki xüsusiyyəti var. Əvvəla, bunun qəzanın baş verdiyi yerin sakinləri üçün, ikincisi isə, Qırğızıstanın, Mərkəzi Asiyanın inci-si və nəinki bölgəmizin, həm də uzaq xarici ölkələrin bütün sakinlərinin sevimli istirahət yeri olan İssık-Kul gölü üçün ağır nəticəsi olacaqdır.

Ən əvvəl deməliyəm ki, bədbəxtlikdən bu qoza gölün təxminən 20 kilometrliyində baş vermişdir və natrium sianidin düşdüyü bütün sudan həmin vaxt tarlaları suvarmaq üçün istifadə etmişlər. Kaş bu su gölə töküləydi. Bunun səbəbini aydınlaşdırım. Natrium-sianidin düşdüyü bütün su 20 minədək insan yaşayan 2-3 yaşayış məntəqəsinin taplalarına axmışdır. Əlbəttə, on böyük ziyan bu adamların səhhətinə vurulmuşdur. Biz elə həmin gün Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərini dəvət etdik. Sonra Rusiya Federasiyasının və Kanadanın mütəxəssisləri də onlara qoşuldular.

Natrium-sianidə bu və ya digər dərəcədə zəhərlənmiş olan əhalinin tamamilə sağaldılması üçün indi belə bir beynəlxalq komissiya işləyir. Bədbəxtlikdən. bir ölüm hadisəsi olmuşdur. Cavan bir qadın zəhərlənərək ölmüşdür. Ümumdünya Səhiyyə Təşkilatının, Müstəqil Beynəlxalq Komissiyanın köməyi ilə biz bu qəza nəticəsində zəhərlənmiş olan əhalinin tamamilə reabilitasiyası üçün bütün tədbirləri görürük. Deyərdim ki. bu, həmin qəzanın Qırğızıstan üçün ən dəhşətli nəticəsidir. Bu gün biz natrium-sianidlə zəhərlənmiş bütün torpaq-ları dezaktivizasiya edir və yenidən yararlı hala salmağa çalışırıq.

Göl məsələsinə gəldikdə, bəli, biz bu məntəqələrin əhalisinə vurulmuş mənəvi və maddi dəyərin tam ödənilməsini tələb etdik. Həmin zərər "Kurtor" yatağını işlədən Kanada firmasının hesabına tamamilə ödənildi. Siz bilirsiniz ki, natrium-sianid suda tezliklə zərərsiz komponentlərə ayrılır və yaxşı olardı ki, dağ çayı ilə gölə axaydı. Çayın mənsəbində bir qədər balıq tələf olardı. Əvəzində isə natrium-sianid zərərsiz komponentlərə ayrılardı. Dediyim kimi, çox təəssüf ki, bu su suvarılan sahələrə axdı. O ki qaldı gölə, beynəlxalq təşkilatların, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin mötəbər rəyinə görə, hazırda göl natrium-sianidlə qətiyyən zəhərlənməyibdir. Respublika prezidenti kimi, mən bütün məsuliyyətimlə bəyan edirəm ki, İssık-Kul gölü yaşayır, sağlamdır və hamının sağlamlığını yaxşılaşdırmaq üçün istirahətə gəlməsini səbirsizliklə gözləyir. Çox sağ olun.

Nursultan Nazarbayev: Hörmətli prezident həm-karlarım, hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, həmkarlarıma - dövlət başçılarına dəvəti qəbul etdiklərinə və bu zirvə görüşünü bizim yeni paytaxtımızın beynəlxalq təqdimatı ilə birləşdirmək təklifini qəbul etdiklərinə görə böyük minnətdarlığımı bildirmək istəyirəm. Yalnız xeyir və şərdə bir olan dostlar belə hərəkət edirlər.

Dünyanın hörmət etdiyi, nüfuzlu dövlət başçılarının sabah keçiriləcək təqdimatımızda iştirakı ona böyük məna verir. Biz, qazaxıstanlılar öz tərəfimizdən bildiririk ki, biz də qardaşlarımızın şənliklərində, burada olduğu kimi, onlarla bir yerdə ola-cağıq.

Astana Qazaxıstanın gələcəyi, dövlətimizin yeni qüdrətidir. buradan bütün dünyaya demək istəyirik ki, biz heç kəsə iddiası olmayan, bütün yaxın və uzaq qonşuları ilə dostluq və mehribanlıq şəraitində yaşamaq istəyən sülhsevər xalqıq. Biz iqtisadiyyatımızı inkişaf etdirməklə adamlarımızın rifahmı yaxınlaşdırmaq üçün gələcəyə baxırıq. Qonşularımızla, türkdilli qardaşlarımızla əməkdaşlıq dövlətlərimizin hamısının iqtisadiyyatının inkişafına yardım göstərəcəkdir. Mən onlara çox minnətdaram.

İcazə verin öz adımdan, sizin adınızdan bu masa arxasında əyləşən prezidentlərə möhkəm cansağlığı, çox zəhmətli işlərində böyük uğurlar, onların xalqlarına tərəqqi, dilək və istəklərinin həyata keçməsini arzulayım.

Heydər Əliyev: "Müstəqilliyimiz əbədidir" (Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar)