Macarıstan Respublikasının prezidenti zati-aliləri cənab Ferens Madla - Bakı şəhəri, 16 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Macarıstan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və dost macar xalqına ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Macarıstan arasında mövcud olan mehriban dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə getdikcə möhkəmlənərək ölkələrimizin inkişafına kömək edəcəkdir.

Cənab prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, ölkənizə sülh, daimi tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 oktyabr 2000-ci il.

Tarixi arayış