Hörmətli cənab Prezident!
Madaqaskar Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Madaqaskar xalqını səmimi- qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Madaqaskar Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.