Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Petru Luçinskiyə - Bakı şəhəri, 27 avqust 1999-cu il


Hörmətli cənab prezident!

Sizi və qardaş Moldova xalqını milli bayram - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Moldova arasında yaranmış dostluq və sıx əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, dost Moldovanın bütün vətəndaşlarına xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram.

 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti