Zati-aliləri!
Sizi yenidən Niderland Krallığının Baş naziri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Biz ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, başçılıq etdiyiniz hökumət Niderland-Azərbaycan əlaqələrinin genişləndirilməsi, iki ölkə arasındakı əməkdaşlığın dərinləşdirilməsi sahəsində bundan sonra da səmərəli fəaliyyət göstərəcəkdir.
Sizi bir daha ürəkdən təbrik edir, Niderland xalqının rifahı naminə məsul işinizdə sizə yeni-yeni uğurlar diləyirəm.
Dərin hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.