Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın Baş Naziri zati-aliləri cənab Dzünitiro Koidzumiyə təbriki - Bakı şəhəri, 28 aprel 2001-ci il


Hörmətli cənab Baş nazir!

Yaponiyanın Baş naziri seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya