Tanzaniya Birləşmiş Respublikasının Prezidenti zati-aliləri cənab Uilyam Mkapaya - Bakı şəhəri, 26 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Tanzaniya Birləşmiş Respublikasının milli bayramı - İttifaq günü münasibətilə Sizi və bütün Tanzaniya xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tanzaniya arasında yaranan əlaqələr inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tanzaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 aprel 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış