Avropa Şurasının Baş Katibi Zati-aliləri cənab Valter Şvimmerə - Bakı şəhəri, 25 iyun 1999-cu il


Hörmətli Valter Şvimmer!

Avropa Şurasının baş kaitibi seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Avropa Şurası ilə əlaqələrin genişlənməsinə və sıx əməkdaşlığa böyük əhəmiyyət verir, ümumavropa proseslərində Avropa Şurasının artan rolunu yüksək qiymətləndiririk.

Ümidvaram ki, Azərbaycan Respublikasının tezliklə Avropa Şurası üzvlüyünə qəbul edilməsi əməkdaşlığımızı yeni səviyyəyə yüksəldəcək, ölkəmizin dünya birliyi ilə inteqrasiyasına, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsinə güclü təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir və ən xoş arzularımı yetirirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.