Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya məktubu - Bakı şəhəri, 18 iyun 2003-cü il


Hörmətli Aleksandr Qriqoryeviç!

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ötən dövrdə xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri daim inkişaf etmiş və genişlənmişdir.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında hərtərəfli əməkdaşlıq, regional və beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi bundan sonra da xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, Belarus xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 iyun 2003-cü il.