Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Yapon çay dəstgahı məclisindəki söhbətindən - Kioto, Azərbaycan Prezidentinin iqamətgahı,- 28 fevral 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Məni öz adətinizcə milli çaya qonaq etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Çay bütün dünyada, eləcə də biz azərbaycanlılar arasında da geniş yayılmış içkidir. Ancaq bugün bu məclisdə Yaponiyada çayiçmə mərasimi haqqında eşitdiklərim mənim üçün çox maraqlı oldu. Sizin yaşıl çayınız doğrudan da dadlıdır. Sizin çado (yəni "çay yolu") adlandırdığınız çay dəstgahı adi çayiçmə mərasimindən yapon mədəniyyətini zənginləşdirən sənət səviyyəsinədək yüksəlmişdir. Verdiyiniz məlumatdan aydın olur ki, hələ XVI əsrdə çay dəstgahını sənət əsəri dərəcəsinə ucaltmış, özünəməxsus üslub yaratmış görkəmli yapon mədəniyyət və siyasi xadimi Sen Rikünün xələflərinin Kiotoda imperator sarayı yaxınlığında olan evinin çay otaqlarının Yaponiya hökuməti tərəfindən ölkənin mədəni sərvəti elan olunması məni hətta məmnun etdi. Mən yapon adətincə milli çayiçmə mərasimindən, eləcə də mənə verilən ləzzətli çaydan böyük zövq aldım. Bir daha çox sağ olun.