Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə söhbətindən (28 may 2001-ci il) sənədinə tarixi arayış


2001-ci il mayın 28-də Heydər Əliyevin Bakıda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə görüşü olub. Heydər Əliyev bu səfəri Azərbaycanda yaşayan pravoslavlar üçün, eləcə də Rusiya-Azərbaycan münasibətlərində mühüm hadisə kimi qiymətləndirib. II Aleksi öz çıxışında Azərbaycan xalqına minnətdarlığını bildirib, rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı bölgə Yeparxiyasına göstərdiyi diqqətə, köməyə və dəstəyə görə Heydər Əliyevi rus pravoslav kilsəsinin birinci dərəcəli müqəddəs mömin Moskva knyazı Daniil ordeni ilə təltif edib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.186