Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Kiotodakı Qızıl məbədlə tanışlığı zamanı söylədiklərindən - 28 fevral 1998-ci il


Hörmətli baş direktor!

Xanımlar və cənablar!

Yaponiyanın XIV əsrə aid nadir memarlıq incilərindən biri olan Qızıl məbədi görmək, onun tarixi ilə tanış olmaq, əfsanəvi Güzgü gölü seyr etmək məndə qeyri-adi duyğular yaratdı. Sizin bu gözəl məbədin tikilmə tarixi haqqında verdiyiniz məlumat məndə yapon xalqının ulu keçmişinə olan hörmətimi daha da artırdı. Binada rastlaşdığım və söhbət etdiyim yerli sakinlərin xarici turistlərdən heç də az olmadığını, birlikdə xatirə şəkli çəkdirdiyim yapon məktəblilərinin isə bu gözəl məbədi ziyarət yerinə çevirdiklərini gorəndə çox sevindim. Çünki keçmişini, tarixini sevən və onu öyrənən xalq bu gün də qüdrətlidir. Səmimi görüşünüz, maraqlı söhbətiniz və mənə qarşı göstərdiyiniz mehribançılıq üçün sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.