Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə «Uşaqlar dünyanın sevincidir» devizi altında keçirilən mərasimdə çıxışı - Bakı, teleteatr, 13 dekabr 1998-ci il


Əziz uşaqlar, balalar, qızlar, oğlanlar!

Mən sizi bu gün münasibətilə - uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanın bütün uşaqlarına şən həyat, səadət və xoşbəxt gələcək arzulayıram.

Uşaqlar hər bir insanın sevincidir. Uşaqlar həmişə insanları sevindirib, qəmdən, kədərdən, faciədən xilas etməyə yardım ediblər. Hər bir insan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir.

Mən hər bir insan kimi, uşaqları hədsiz dərəcədə sevirəm. Öz övladlarımı sevirəm, nəvələrimi sevirəm, bütün uşaqları sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm, əziz balalar, sizi sevirəm. Mən bu sözlərimlə Azərbaycandakı bütün saglam düşüncəli insanların fikrini ifadə edirəm. Hesab edirəm ki, hər bir sağlam düşüncəli insan uşağı sevməlidir, uşağa qayğı göstərməlidir, uşaqların yaşaması üçün, onların təhsil alması üçün, inkişafı üçün öz xidmətlərini göstərməlidir.

Biz Azərbaycanda çətin problemlərin olmasına baxmayaraq uşaqlara qayğını, diqqəti özümüzün ali vəzifəmiz hesab edirik və güman edirəm ki, son illərdə Azərbaycanda uşaqların yaşayış tərzi, maktəblərdə təhsil alması və özlərinin inki-şaf etməsi üçün daha da yaxşı imkanlar yaranıbdır. Bunu elə bu televiziya verilişlərində də görürük. Bu gün Azərbaycanın televiziyası və radiosu - Dövlət Televiziya və Radio Verilişləri Şirkəti tamamilə uşaqların sərancamına verilibdir. Ancaq bir bu gün deyildir. Azərbaycanın dövlət televiziyası və radiosu daim uşaqlara aid verilişlər verir, uşaqların istedadlarını televiziya və radio vasitəsilə təbliğ edir, beləliklə də hər bir uşaqda öz istedadını inkişaf etdirmək üçün imkanlar yaradır. Bu, Azərbaycan dövlət televiziya və radiosunun böyük xidmətidir. Ancaq təkcə televiziya və radioda yox, Azərbaycanda hər bir yerdə uşaqlara diqqət və qayğı daim artmalıdır.

Siz bu gün iki saatdan çoxdur ki, Azərbaycan televiziyası və radiosu ilə öz verilişinizi verirsiniz, öz istedadlarınızı nümayiş etdirirsiniz. Güman edirəm ki, bütün televiziya tamaşaçılarını, öz valideynlərinizi və hər bir insanı sevindirirsiniz. Mən hesab edirəm ki, televiziya və radio vasitəsilə sizin bugünkü verilişiniz Azərbaycan televiziyası və radiosunda ən gözəl verilişdir.

Azərbaycanın böyük söz ustaları var, şairləri, yazıçıları, incəsənət xadimləri, müsiqiçiləri, müğənniləri, rəqs oynayanları var. Bizim gözəl sənətkarlarımız var. Onların hər birinin televiziya və radio vasitəsilə çıxışları bizi sevindirir, bizə mənəvi qida verir və şübhəsiz ki, böyük zövq verir, insanların şənlənməsi üçün, istirahət etməsi üçün çox gözəl imkanlar yaradır. Biz onların hamısını qiymətləndiririk. Ancaq mən öz təəssüratımı deyirəm, - hansı mərasimdə, hansı konsertdə uşaqlar çıxış edirsə, öz istedadlarını göstərirsə, onların çıxışları tamaşaçılara, dinləyicilərə bütün tanınmış sənət ustalarının çıxışlarından daha da çox təsir bağışlayır. Eləcə də televiziya ilə. Bu təbiidir. Çünki böyük sənət ustası, peşəkar incəsənət xadimi öz istedadını, öz sənətini nümayiş etdirmək üçün böyük bir yol keçibdir. Ancaq 5-6 yaşında, yaxud da 10-12 yaşında uşaq bir mahnı oxuyursa, rəqs edirsə, gözəl bir şeri istedadla, həvəslə oxuyursa, bu, daha da çox sevindirir. Çünki burada nə hazırlıq var, nə uşaq böyük bir məktəb keçibdir. Sadacə olaraq, uşaq öz istedadını ifadə edir. İstedadlar da Azarbaycanda coxdur. Elə bu gün biz burada nə qədər istedadlı uşaqlar görürük.

Mən televiziya vasitəsilə də sizin verilişi seyr etdim və burada olduğum zaman da görürəm. Nə gözəl oxuyursunuz, oynayırsınız, bədii söz ifadə edirsiniz, şer deyirsiniz! Nə qədər istedadlısınız! Mən indi balaca uşaqların Azərbaycan rəqsini gözəl ifa etmələrini görərkən bəzən düşünürəm. Bəzən bayram olur, mərasim olur. Kimsə kimisə rəqsə dəvət edir, getmək istəmir, ancaq sonra gedir, rəqs edir. Görürsən ki, o qədər də yaxşı rəqs etmir. Amma bu uşaqlar ki var, burada rəqs edirdilər, - necə gözəl, məğrur, yüksək sənətə layiq rəqs edirdilər. Oğlanlar da, qızlar da - gözəl oxuyursunuz, gözəl oynayırsınız, gözəl sözlər deyirsiniz. Bunlar onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı xalqdır.

Mən gənc istedadlarla əlaqədar sərəncam vermişəm və «qızıl kitab» yaratmışam. Ancaq Azərbaycanda bu istedadlar o qədər çoxdur ki, yəqin bu kitab qısa müddətdə bir neçə cildə çevriləcəkdir. İstedadlı uşaqların adlarının çoxu ora düşəcəkdir. Mən onları bu gün burada da görürəm.

Mən çox sevinirəm ki, uşaqlar xoş əhval-ruhiyyədədir. Biz bu gün onları televiziya vasitəsilə burada görürük. Bu, cəmiyyətimiz üçün lazımdır. Çünki böyük problemlər içərisində yaşayan cəmiyyət, yaşlı insanlar öz çətinliklərinin öhdəsin-dən gəlmək üçün uşaqlardan ilham alırlar, uşaqları görüb təsəlli alırlar ki, uşaqlar var, gələcək var. Azərbaycanın gələcəyi də parlaqdır.

Əziz balalar, mən sizin hamınıza xoşbəxt gələcak arzulayıram. Biz, yaşlı nəsil, çalışırıq ki, müstəqil Azarbaycan inkişaf etsin, öz iqtisadi potensialını hərəkətə gətirsin. Biz çalışırıq ki, Azərbaycanda insanların güzəranı yaxşılaşsın, rifah halı yaxşılaşsın. Biz çalışırıq ki, müstəqil Azarbaycanımız müstəqil dövlət kimi möhkəmlənsin və Azərbaycanın müstəqilliyi əbədi olsun. Biz çalışırıq ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin və Ermənistan silahlı qüvvə-lərinin təcavüzü nəticəsinda yerindən-yurdundan didərgin düşmüş, indi çadırlarda yaşayan bizim soydaşlarımız öz evlərinə, öz torpaqlarına qayıtsınlar. Biz çalışırıq ki, Azərbaycanın ərazi bütövlüyü barpa edilsin və əbədi olaraq toxunulmaz olsun.

Biz bunlar üçün çalışırıq. Bunlar üçün çalışaraq biz sizə gələcəkdə daha da rahat həyat qurmaq istəyirik. Biz istəyirik ki, bizim gördüyümüz çətinlikləri, bizim gördüyümüz faciələri, bizim gördüyümüz qanları, dəhşətləri siz, əziz balalar, görməyəsiniz. Biz bunun üçün çalışırıq. Əmin ola bilərsiniz ki, bu yolda biz sona qədər öz imkanlarımızdan istifadə edacəyik. İnanıram ki, biz buna nail olacağıq.

Sizin isə borcunuz ondan ibarətdir ki, yaxşı oxuyasınız, yaxşı təhsil alasınız, həyatda gələcəkdə özünüzə yer tapmaq üçün hazırlaşasınız, öz istedadlarınızdan səmərəli istifadə edə biləsiniz və Azərbaycanın gələcəyinin qurucuları olasınız. Mən inanıram ki, indiki ganclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz. Sizin daim nümayiş etdirdiyiniz istedadlar, sizin biliyə, təhsilə marağınız, həyatımızın bu çətin dövründə məktəblərimizdə təhsilin günü-gündən yaxşılaşması, məktəblərdə gənc istedadların müxtəlif dərnəklərə cəlb edilməsi və belə gözəl nümunələr hazırlanması onu göstərir ki, həqiqətən bizim uşaqlar, bizim gənclər xoşbəxt gələcəyə malikdirlər.

Əziz balalar, mən sizə öz hədsiz məhəbbətimi bildirirəm. Mən öz övladlarımı, öz nəvələrimi sevdiyim kimi, sizin hər birinizi sevirəm. Mən heç ayrı-seçkilik qoymuram.

Mən Azərbaycanın prezidenti kimi, böyük tarixi bir missiyanı həyata keçirirəm, öz üzərimə böyük məsuliyyət götürmüşəm: mən bütün Azərbaycan xalqının qayğısını çəkirəm, Azərbaycanın vətəndaşlarının qayğısını çəkirəm, Azərbaycan dövlətinin qayğısını çəkirəm. Belə olan halda mənim üçün Azərbaycanın hər bir vətəndaşı doğmadır, əzizdir. Azərbaycanın hər bir gənci mənim üçün öz övladım kimi doğmadır, əzizdir. Azərbaycanın hər bir uşağı manim üçün öz nəvəm kimi əzizdir, doğmadır.

Siz uşaqlar çox vaxt mənə «baba» deyirsiniz. Mən həqiqətən həyatda babayam. Ancaq kimsə mənə «baba» deyirsə, bilsin ki, mən onun da babasıyam. Mən sizi – Azərbaycanın bütün uşaqlarını, bütün gənclərini həqiqətan ata, baba məhəbbəti ilə sevirəm və bu sevgi ilə, bu məhəbbətlə də sizin hamınıza cansağlığı, səadət arzulayıram. Sağ olun.