13-15 yanvar 1997-ci il tarixində Heydər Əliyevin Fransaya ikinci rəsmi səfəri olub.
13 yanvar 1997-ci ildə Yelisey sarayında Fransa Prezidenti Jak Şirakla görüşündə Heydər Əliyev Fransanın ATƏT - in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq bundan razı qaldığını söyləyib. Heydər Əliyevin həmin səfəri zamanı Yelisey sarayında Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın “Total” və “Elf - Aquitaine” şirkətləri arasında Azərbaycanın “Lənkəran - dəniz” və “Talış - dəniz” yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu müqavilədən əlavə tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlayıblar.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.91