Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 27 iyul 2002-ci il


Hörmətli Leonid Daniloviç!

Lvov şəhərində təyyarə qəzası nəticəsində çoxlu insanın tələf olması barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 28 iyul 2002-ci il.