Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam C.Klintona - 5 may 1999-cu il


Oklahoma və Kanzas ştatlarında baş vermiş qasırğa nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni çox kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.